image-reklam-veteninfo
image-1backend

Pakistanda anti-İsrail aksiyası zamanı 5 nəfər həlak olub

image-reklam-veteninfo

Pakistanda anti-İsrail etirazları zamanı baş verən toqquşmalarda azı 5 nəfər həyatını itirib. Vətəninfo.az xəbər verir ki, “Reuters”in verdiyi xəbərə görə, hadisə Pakistan polisi ilə radikal islamçı qrup üzvləri arasında baş verən qarşıdurmadan sonra baş verib.

Polisin məlumatına əsasən, ölkənin ən məşhur magistral yolunda, İsrail əleyhinə keçirilən etiraz aksiyası zamanı 5 nəfər həlak olub.

Etiraz aksiyası, ifrat sağçı “Tehreek-e-Labaik Pakistan” hərəkatının təşəbbüsü ilə başlayıb. Hərəkatın üzvləri, ABŞ prezidenti Donald Trampın Qəzza zolağında müharibəyə son qoymaq üçün atəşkəs razılaşması elan etməsindən əvvəl yürüşə çağırmışdılar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki