image-reklam-veteninfo
image-1backend

Pakistanın müdafiə naziri: Taliban danışıqlar masasına oturmalıdır, əks halda…

image-reklam-veteninfo

Dünən  Pakistanın müdafiə naziri Xavaca Asif İstanbulda aparılan sülh danışıqlarının uğursuzluğundan sonra Talibana qarşı kəskin ritorika ilə çıxış edərək onu “məhv ediləcəyi” ilə hədələyib.

Vətəninfo.az xəbər verir ki, o, bununla bağlı, “X” hesabında paylaşım edərək, atəşkəs danışıqlarının “məqbul bir həll yolu” olmadan başa çatdığını və bu ay baş verən silahlı qarşıdurmalardan sonra bölgədə sülhə zərbə vurulduğunu açıqlayıb.

“Pakistanın Taliban rejimini tamamilə məhv etmək və onu yenidən mağaralarına sığınmaq üçün qovmaq məqsədi ilə tam arsenalının bir hissəsini belə yerləşdirməsinə ehtiyac yoxdur… Müharibə üçün təbil çalmayın. Biz artıq sizin xəyanətinizə və istehzalarınıza dözməyəcəyik…”, – deyə, müdafiə naziri paylaşımında qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki