image-reklam-veteninfo
image-62136f43bd45d62136f43bd45e164544083562136f43bd45b62136f43bd45cbackend

Palçıq vulkanları ətrafında seysmik stansiyalar quraşdırıldı

image-reklam-veteninfo

Beynəlxalq qrant layihəsi çərçivəsində Azərbaycana gətirilən yeni seysmik stansiyaların quraşdırılması prosesi davam etdirilir.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, həmin stansiyaların 12 ədədinin palçıq vulkanları ərazisində quraşdırılması nəzərdə tutulub ki, artıq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Abşeron yarımadasındakı palçıq vulkanları ətrafında beş stansiya quraşdırılıb.

Hazırda digər vulkanların ətrafında seysmik stansiyaların quraşdırılması prosesi davam etdirilir. Palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması prosesinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində bölgələrdə quraşdırılması nəzərdə tutulan on seysmik stansiyalardan üçü – Tovuz (Hacılar), Daşkəsən (Xoşbulaq), İsmayıllı (Zərnəva) rayonlarında artıq quraşdırılaraq istismara verilib. Yerdə qalan stansiyaların quraşdırılması prosesi davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki