“Sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı problem uzun zamandır ki, qalmaqdadır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, müvafiq qurumlar ancaq bu problemin həllinə baxdıqlarını deyirlər: “Amma ortada heç bir ciddi iş yoxdur. Burada problem nədir? Niyə bu iş uzanır?! Çıxıb açıqlama versinlər. Bununla bağlı sərəncamlar, sənədlər var. Amma problem həll olunmur”.