Vətəninfo.az erməni mediasına istinadən xəbər verir ki,Nikol Paşinyan Ermənistan parlamentinin bu gün keçirilən iclası zamanı, 44 günlük müharibədən sonra Şuşanın Azərbaycan ordusu tərəfindən alınmasına da toxunub.
Paşinyan bildirib ki, 44 günlük müharibə Şuşi uğrunda olub.
“Deyirlər ki, siz müharibəni dayandırmalısınız. Niyə biz müharibəni dayandırmaq barədə düşünmədik? Yaxud deyirlər ki, siz müharibənin qarşısını allmadınız, niyə qarşısını almaq barədə düşünmədik? Şuşasız müharibəni dayandırmaq, qarşısını almaq mümkün deyildi. Bu, sadəcə olaraq mümkün deyildi. Mən bunu bir neçə dəfə demişəm. Bəziləri Qarabağı təslim etməməyin tərəfdarı idilər. Bu gün mənim danışdığım Qarabağı təslim etmək deyil, çünki başqa yol yoxdur, Qarabağı, Fərrux kimi tikə-tikə verəcəyik. Bir-birini aldatmaq kifayətdir”.


























