image-reklam-veteninfo
image-1backend

Paşinyan Ərdoğanı İrəvana dəvət edib

image-reklam-veteninfo

Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Avropa Siyasi Birliyinin sammitinə İrəvana dəvət etdiyini açıqlayıb.

Ermənistan KİV-nin məlumatına görə, Paşinyan dəvətin qəbul ediləcəyinə ümid etdiyini bildirib. O, son illərdə Ərdoğanla bir neçə dəfə görüşdüyünü və özü də Türkiyəyə iki dəfə səfər etdiyini xatırlayıb, o cümlədən işgüzar məqsədlərlə həyata keçirilən səfərləri qeyd edib.

Paşinyan bildirib ki, İrəvanla Ankara arasındakı münasibətlərin normallaşması, diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması zaman məsələsidir. Baş nazir əlavə edib ki, bu proses yalnız hər iki ölkənin siyasi iradəsindən deyil, həm də müəyyən “qravitasiya faktorları”ndan asılıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki