image-reklam-veteninfo
image-1backend

Paşinyan İlham Əliyevə təşəkkür etdi

image-reklam-veteninfo

“Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm”.

Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.

Baş nazirin təşəkkürü Azərbaycanın öz ərazisi vasitəsilə Ermənistana yükdaşımalarına məhdudiyyətləri aradan qaldırmaq qərarı ilə bağlıdır.

“Bu qərar əvvəlcədən bu miqyasda müzakirə olunmamışdı. Biz sadəcə bilirdik ki, müəyyən razılıq var, bir qatar gələcək. Qənaət bu idi ki, söhbət yalnız bir qatarın gəlişindən gedir, amma Azərbaycanın Prezidentinin səsləndirdiyi bəyanat bizim üçün gözlənilməz oldu”, – Paşinyan bildirib.

Onun fikrincə, bu, Azərbaycandan səslənən gözlənilməz, amma çox müsbət bəyanatlardan biridir. Baş nazir əlavə edib ki, bu, balansın dəyişməsi üçün çox mühüm imkanların mövcud olduğunu göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki