Eyni zamanda, Paşinyan bu nəşrlə tanış olmadığını və ümumi mənada danışdığını bildirib.
Baş nazir sülh müqaviləsinin ilkin imzalanmasının mümkünlüyünü açıqlayıb.
“Belə bir fikir var. Dövlətlərarası münasibətlərin normallaşdırılması və qurulması ilə bağlı layihənin mətni razılaşdırılıb, mətn üzrə danışıqlar başa çatıb. Biz necə irəliləyəcəyimizlə bağlı məsləhətləşmələrə başlamışıq. İlkin imzalanma ideyası da masadadır, gündəmdədir – bu, müzakirə olunan variantlardan biridir.”
Paşinyan bəyan edib ki, Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinlərinin iştirak etdiyi üçtərəfli format əslində fikir ayrılıqları, əməli problemlər və qarşılıqlı inamsızlıq səbəbindən fəaliyyət göstərmir. Bu reallıqdır.
Paşinyan: Ermənistan regionda nəqliyyat infrastrukturunun, o cümlədən Ermənistandan Ermənistana Azərbaycan ərazisi ilə, Azərbaycandan Azərbaycana Ermənistan ərazisi ilə marşrutlar, ikitərəfli ticarət, Ermənistandan Azərbaycan vasitəsilə üçüncü ölkələrə və Azərbaycandan Ermənistan vasitəsilə beynəlxalq əlaqə, həmçinin tranzit mübadiləsində maraqlıdır.
Zəngəzurda kommunikasiyalar suverenliyinə xələl gətirmədən xarici şirkət tərəfindən idarə oluna bilər.
“Civic.am” saytının verdiyi məlumata görə, baş nazir Nikol Paşinyan iyulun 16-da mətbuat konfransı keçirir.
Mətbuat konfransı İdman-Konsert Kompleksində keçirilir və ona ER hökuməti tərəfindən akkreditə olunmuş jurnalistlər dəvət olunub.
Mətbuat konfransı saat 12:00-da başlayıb.