image-pashinyan1667033192backend

Paşinyandan sensasion anons: Ermənistan Türkiyə ilə barışığa gedir

image-reklam_sirab_01

Türkiyə ilə münasibətlərini yenidən qurmalıyıq.

Vətəninfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözlər Ermənistanın ən böyük Teleqram kanalı sayılan “Baqramyan 26”nın paylaşımında yer alıb.

“Tarixdən götürdüyümüz dərsləri, regiondakı hazırkı bölgünü, eləcə də Azərbaycan-Türkiyə qardaşlığını nəzərə alarsaq, Ermənistan üçün yeni risklər yaranır. Buna müvafiq olaraq, əvvəllər dəfələrlə müzakirə edildiyi kimi ölkənin həm də Moskva-Ankara yaxınlaşmasından zərər görməməsi üçün Ermənistan Türkiyə ilə münasibətlərini qurmağa cəhd etməlidir. Bir daha təkrarlayırıq, tərəfdaşlıq və dostluq yox, münasibətləri qurmaq… Yalnız Türkiyə ilə suveren danışıqlar yaratmaqla Ermənistan dəyişən geosiyasi maraqlar fonunda tərəflərdən birinin xeyrinə seçim edib, digərinin hədəfinə çevrilmək riskini azaldacaq. Xüsusilə bunun katalizatorlarının Ermənistandan kənardan həzz aldıqlarını nəzərə alarsaq, tarixi problemlər, ağrılar, kök salmış streotiplər bizi antürklüyə itələməməlidir” – deyə paylaşılan statusda yer alıb.

Qeyd edək ki, “Baqramyan 26” birbaşa Ermənistan baş nazirinin administrasiyasından idarə olunur. Bəzi mənbələr onun rəhbərliyində Paşinyanın keçmiş müşaviri olan Arsen Qasparyanın dayandığını iddia etsələr də bununla bağlı yetərli dəlil yoxdur.

Ən maraqlı məqam “Baqramyan 26” Paşinyanın keçən həftə son iclasından dərhal sonra təxminən eyni məntiqdə paylaşımla çıxış etməsidir. Belə ki, o zaman hökumətin rəsmi təbliğatını aparan Teleqram kanalı İrəvanın tezliklə ağrılı güzəştlərə getmək məcburiyyətində qalacağını anonsunu vermişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki