image-reklam-veteninfo
image-1backend

Pentaqon: “ABŞ gəmisinin Fars körfəzindən çıxarılması ilə bağlı iddialar yalandır” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi 🇮🇷 İranın “Amerika gəmisinin xəbərdarlıqdan sonra geri çəkildiyi” barədə məlumatını təkzib edib.

Rəsmi açıqlamaya görə, USS Fitzgerald esminesi beynəlxalq sularda missiya yerinə yetirərkən İranın Sea King helikopteri ilə qarşılaşıb. Lakin bu qarşılaşma təhlükəsiz və peşəkar şəkildə baş verib.

Amerikalı rəsmisi bildirib ki, hadisə gəminin fəaliyyətinə heç bir təsir göstərməyib və İran tərəfindən yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bu iddialar SEPAH-ın yanlış məlumat yaymaq səylərinin bir hissəsidir”.

Xatırladaq ki, dünən İran mediası bildirib ki, SEPAH ABŞ gəmisinə İran sularına yaxınlaşmamaq barədə xəbərdarlıq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki