image-reklam-veteninfo
image-1backend

 Peskov: Rusiya-ABŞ-Ukrayna danışıqları noyabrın ilk yarısında Əbu-Dabidə keçirilə bilər

image-reklam-veteninfo

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların noyabrın ilk yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Noyabrın birinci yarısında Əbu-Dabidə keçirilməsi planlaşdırılır”, – deyə Peskov danışıqların vaxtı ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Kremlin sözçüsü görüşün ilkin olaraq Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli formatda keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı, o, danışıqlara Avropa ölkələrinin də qoşulmasını istisna etməyib.

Peskovun sözlərinə görə, danışıqların əsas mövzularından biri sülh yolu ilə nizamlanmadan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi olacaq.

“Prezident danışıqların mövzusunu açıqladı: bunlar sülh yolu ilə həll edildikdən sonra Rusiya və Ukrayna üçün təhlükəsizlik məsələləridir”, – deyə Peskov bildirib.

O, həmçinin Avropanın təhlükəsizlik arxitekturası məsələsinin də müzakirə oluna biləcəyini qeyd edib.

Danışıqların dördtərəfli formatda keçirilməsi ehtimalına toxunan Peskov bildirib ki, sonrakı müzakirələrin hansı formatda aparılacağını indidən dəqiq söyləmək çətindir.

“Avropa təhlükəsizlik arxitekturasının müzakirəsinin digər iştirakçılar olmadan mümkün olmayacağı göz qabağındadır. Lakin bu müzakirənin başlanğıcı üçtərəfli formatda – Rusiya, ABŞ və Ukrayna arasında olacaq”, – Kremlin sözçüsü vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki