image-reklam-veteninfo
image-1backend

Peskov: Rusiya Ukraynadakı hədəflərə daha çox zərbə endirməyə başlayıb

image-reklam-veteninfo

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya əvvəlcə Ukraynadakı bütün növ hədəflərə zərbə endirməyib, lakin sonradan yanaşmasını dəyişib.

Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, bu, Ukraynadakı hərəkətlərdən sonra baş verib.

“Rusiya Federasiyası hər şeyə zərbə vurmadı. Biz bunu ukraynalılar Pandora qutusunu açdıqdan sonra etməyə başladıq”, – deyə Peskov bildirib.

Peskov “Pandora qutusunu açmaq” ifadəsi ilə Ukraynanın hərəkətlərinin münaqişənin daha da şiddətlənməsinə və Rusiyanın zərbələrinin əhatə dairəsinin genişlənməsinə səbəb olduğunu nəzərdə tutur.

Peskov bu açıqlamada Ukraynanın hansı konkret hərəkətlərindən bəhs etdiyini dəqiqləşdirməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki