Vətəninfo.az “Tasnim”-ə istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə əməkdaşlığı dayandıran fərman imzalayıb.
Sənəddə İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi təmin olunana qədər agentliyin əməkdaşlarının İrana girişinin qadağan edilməsi təklif edilir.
Xatırladaq ki, parlament bundan sonrakı qərarların Ali Milli Təhlükəsizlik Şurasının razılığından asılı olacağını qeyd edib.