image-reklam-veteninfo
image-1backend

Pezeşkian: “Biz qonşu dövlətlərlə əlaqələri möhkəmləndirməliyik”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki,İran Prezidenti Məsud Pezeşkian bu gün Xarici İşlər Nazirliyinə baş çəkərkən ölkənin xarici siyasətində əsas prioritetin qonşu dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi olduğunu bildirib. Pezeşkian çıxışında qeyd edib ki, İran  Türkiyə,  Türkmənistan,  Azərbaycan,  Əfqanıstan,  Pakistan,  İraq və Fars körfəzi ölkələri ilə əlaqələrini daha da inkişaf etdirməlidir. O, habelə, vurğulayıb ki, məsuliyyət daşıyan rəsmilərə, valilərə və nazirləər səlahiyyətlər də verilməli, səhvlər təhlil olunaraq düzəldilməlidir. Prezident əlavə edib ki, düzgün idarəçilik və xalqın dəstəyi ilə ölkədə islahatlar mümkün olacaq. Onun sözlərinə görə, İranın diplomatik fəaliyyətləri Xameneyinin müəyyən etdiyi çərçivə əsasında davam etdirilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki