Kürdüstan Fəhlə Partiyasının Türkiyədə qadağan edilmiş və terror təşkilatı kimi tanınan 50 nəfərdən ibarət ilk qruplaşması 10 gün ərzində silahlarını İraqın şimalındakı Dohuk şəhərində yerə qoyacaq. Vətəninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl özünü ləğv etdiyini açıqlayan təşkilatın tərksilah prosesi sentyabr ayına qədər tamamlana bilər.
Qeyd olunur ki, silahlılar tərəfindən silahların təhvil verilməsi Türkiyə, İraqın mərkəzi orqanları və İraq Kürdüstanı administrasiyasının nümayəndələrinin nəzarəti altında baş tutacaq. Tərksilah prosesi digər ölkələrin və BMT nümayəndələrinin iştirakı olmadan həyata keçiriləcək. Qeyd edilir ki, kürd yaraqlılarının bütün düşərgələri daha sonra İraq hakimiyyətinin nəzarətinə keçəcək.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi sözçüsü Ömər Çelik çərşənbə axşamı jurnalistlərin Kürdüstan Fəhlə Partiyasının tərksilahının mümkün vaxtı ilə bağlı suallarını cavablandırıb və bunun yaxın gələcəkdə baş verə biləcəyini deyib. “Konkret bir tarix vermək istəmirəm… Yaxın günlərdə bunun baş verə biləcəyi bir mərhələyə çatmışıq. Bunlar Türkiyənin terrordan azad olunması baxımından son dərəcə əhəmiyyətli olacaq”, – siyasətçi deyib.
PKK-nın tərksilah prosesinin 3-4 ay çəkə biləcəyi daha əvvəl bildirilmişdi. Onun məlumatına görə, 3400 yaraqlının silahlarını təhvil verəcəyi gözlənilir, onlardan 2000-ə yaxını Türkiyəyə qayıda bilər. PKK rəhbərliyinin 250-yə yaxın nümayəndəsi İraq və Suriyanı tərk edərək bir sıra Avropa ölkələrinə və Cənubi Afrikaya gedə bilər.
Fevralın sonunda Türkiyədə ömürlük həbsə məhkum edilmiş Kürdüstan Fəhlə Partiyasının lideri Abdulla Öcalan bütün partiya qruplarını silahı yerə qoymağa və Ankara ilə münaqişəni dayandırmağa çağırıb. May ayında PKK qurultay keçirdi və burada özünü ləğv etmək və respublika hakimiyyəti ilə 50 ilə yaxındır davam edən silahlı qarşıdurmaya son qoymaq qərarına gəlib. Qurultay bəyanatında PKK-nın demokratik və siyasi mübarizə üsullarına keçdiyi bildirilib.