Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.
Vətəninfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova da Ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Moderator.az olaraq Aynur Sabitovanı təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq.