image-reklam-veteninfo
image-1backend

Prezident əmr VERDİ: Ordu müharibəyə hazırlaşır

image-reklam-veteninfo

Livan prezidenti Cozef Aun ölkə silahlı qüvvələrinə İsrailin Livan ərazisinə mümkün hücumlarına qarşı durmaq tapşırığı verib.

Vətəninfo.az xəbər verir ki, Prezidentin bu göstərişi İsrailin Livanın cənubunda keçirdiyi hərbi əməliyyatlar nəticəsində bir bələdiyyə işçisinin həlak olmasından sonra elan edilib.

Cozef Aun silahlı qüvvələrin komandanı ilə görüş zamanı bildirib ki, ordu Livanın torpaqlarını və vətəndaşlarını qorumaq üçün İsrailin “işğaldan azad edilmiş cənub ərazilərini yenidən ələ keçirmək cəhdlərinə” qarşı ciddi müqavimət göstərməlidir.

Əvvəlki məlumatlara əsasən, Livanın cənubunda yerləşən bir bələdiyyə binasına hücum zamanı bir bələdiyyə əməkdaşı İsrail qüvvələri tərəfindən öldürülüb.

İsrail Müdafiə Qüvvələri isə ötən gecə Hizbullahın infrastrukturuna qarşı əməliyyat keçirdiyini və bu çərçivədə bir sıra obyektlərin məhv edildiyini təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki