image-99backend

Prezident seçkilərə üç gün qalmış parlamenti buraxdı

image-reklam_sirab_01

Monteneqro prezidenti Milo Cukanoviç prezident seçkilərinə üç gün qalmış parlamenti buraxıb. Vətəninfo.az xəbər verir ki,  prezidentin fərmanı cümə axşamı milli televiziya vasitəsilə yayılıb.

“Çernoqoriya Assambleyasının [Parlamentin] 27-ci çağırışı buraxılır. Fərman imzalandığı gündən qüvvəyə minir”, – deyə sənəddə bildirilir.

Respublika konstitusiyasına görə, parlament seçkiləri buraxıldığı gündən 60-dan tez, 100 gündən gec olmayaraq keçirilməlidir.

Bundan əvvəl Monteneqro parlamentinin sədri Daniela Curoviç respublikada prezident seçkilərini martın 19-na təyin edib. Konstitusiyaya görə, Monteneqro parlamentli respublikadır və dövlət başçısı əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir. Buna baxmayaraq, prezident fiquru Nazirlər Kabinetinin formalaşmasında və baş nazirin namizədliyinin irəli sürülməsində böyük əhəmiyyət kəsb edir. Monteneqro prezidenti ümumxalq səsverməsi ilə beş il müddətinə seçilir və ardıcıl iki müddətdən artıq vəzifə tuta bilməz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki