image-arzu-memmedlibackend

Prezidentin yerli telekanallara müsahibəsi

image-reklam_sirab_01

Vətən müharibəsində qazanılmış tarixi zəfər də ümumilli liderin ən böyük arzularından birinin gerçəkləşməsi ilə yanaşı, həm də bu yolda həyata keçirdiyi ciddi, əsaslı tədbirləri  onun ən sadiq varisi İlham Əliyevin ardıcıl davam etdirməsinin nəticəsi oldu. Ulu öndərin ideya və əməllərinin təntənəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövləti, Cənubi Qafqazın gələcəyini müəyyən edən yeni gerçəkliyin müəllifidir. Ümumimlli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində  bu gün Azərbaycan  region üçün mərkəzə çevrilibdir.  Bizim nüfuzumuz artır, gücümüz artır. Bu bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək.

Qlobal əhəmiyyətli infrastruktur  layihələri Azərbaycanın Avrasiya məkanında mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi üçün geniş imkanlar yaratmışdır. Siyasi müstəqillik  iqtisadi müstəqilliklə möhkəmləndirilmiş, Azərbaycan qısa tarixi dövr ərzində kapital idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Əlverişli geosiyasi vəziyyətindən məharətlə istifadə edilməsi Azərbaycanın regionda lider dövlətə çevrilməsinə və qabaqcıl dünya dövlətləri arasında mövqeyinin möhkəmləndirilməsinə səbəb olmuşdur.

12 yanvar 2022-ci il tarixdə Cənab Prezident yerli telekanallara verdiyi müsahibə zamanı  bildirmişdir ki: Bizim siyasətimizin təməlində, insan amili olduğu üçün daim sosial  sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş  məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, biz iqtisadi islahatları uğurla həyata keçirək.

Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərik ki, Azərbaycanda son illər ərzində meyvə və tərəvəz istehsalı artıb. Qeyri-neft ixracatında pambıqçılığı diriltdik.  Azərbaycan heç vaxt süd istehsal etmirdi və ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə cins mal-qaranın alınmasına böyük vəsait xərcləndi.

İşğaldan azad edilmiş ərazilərdə  vaxt itirmədən əkin işlərinə başlanmış və böyük vəsait  səfərbər olunmuşdur. Bu reallıqdır. Əhali artır, ildən-ilə tələbat artır. Pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub.  Pandemiyadan sonra yenə də milyonlarla turist gələcək. Bunun üçün  özümüzü  demoqrafik perspektivlərimizi nəzərə alaraq müasir texnologiyalar, iri fermer  təsərrüfatları yaratmalıyıq.

Tarixdə əbədi  qalacaq 44 günlük Vətən müharibəsi dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi.

Bundan sonra dünya ölkələri Azərbaycan xalqını daha yaxından tanıyacaq, onun qəhrəmanlığına, cəsurluğuna  bir qarış torpağının işğalda qalmasına dözməyən, bu yolda canından keçməyə  hazır olan vətənpərvər kimi qəbul edəcək.

Bu gün cənab Prezidentimiz İlham Əliyev Qarabağ münaqişəsi haqqında  həqiqətləri dünya ictimaiyyətinə çatdıran zaman Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirdi. Dedi ki: Qaliblərin dostları çox olur. Bu gün beynəlxalq təşkilatlar-BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər. Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Ermənistan tərəfi isə hücumlar edərək, Gəncə, Bərdə və Tərtər şəhərlərini bombalayıb, mərmilər atmışlar. Mənfur düşmən  döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, bizim şəhərlərimizi ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla  atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak  olublar. Ancaq Azərbaycan vətəndaşı öz torpaqlarından  bir addım geri atmayıb. Bu Zəfər idi. Tarixin, ədalətin, mədəniyyətin, Azərbaycan xalqının və onun müzəffər Ali-Baş komandanının Zəfəri.

Müharibə nəticəsində beynəlxalq ictimaiyyət növbəti dəfə  erməni vandalizminin şahidi oldu. İşğaldan azad olunmuş ərazilərə dərhal müxtəlif ölkələrədən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil olunmuş səfərləri erməni siyasətinin əsl simasını ifşa etmişdir. Azərbaycan  fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaratdı.

Biz Qarabağ problemi kimi ağır yükü  çiynimizdən atdıq və hesab edirik ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən olacağıq.  Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq.

 

 

 

Suraxanı rayonunun fəal gənci Arzu Məmmədli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki