image-06547e01-33fe-4891-b53a-6afd02183416backend

Psixi zorakılıq törədənlərlə bağlı cəzalar sərtləşdirilir

image-reklam_sirab_01

Azərbaycanda məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəzalar sərtləşdirilir.

Veteninfo.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya 60 saat ictimai işlər və ya xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 3 ayadək inzibati həbs tətbiq ediləcək.

Məcəllənin hazırkı bəndi isə belədir: “Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki