image-putinbackend

Putin İrəvana gedir

image-reklam_sirab_01

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin oktyabrından dekabr ayına kimi Ermənistana dövlət səfəri edə bilər.

Veteninfo.az  “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ararat Mirzoyan Düşənbədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

Mirzoyan əlavə edib ki, hazırda səfərin təfərrüatları, o cümlədən dəqiq tarixlər dəqiqləşdirilir.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dövlət səfərinin təşkili məsələsi bizim gündəliyimizdədir. Belə bir anlayış var ki, bu, ilin ikinci yarısında, oktyabrdan dekabra kimi baş verəcək. Təbii ki, biz hələ tarixləri razılaşdırırıq”, – Mirzoyan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki