Vətəninfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Mixail Boqdanovu Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsindən və prezidentin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib.
Prezidentin müvafiq sərəncamları hüquqi aktlar portalında dərc olunub.
“Mixail Leonidoviç Boqdanov Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin”.
“Mixail Leonidoviç Boqdanov Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edilsin”, – sənədlərdə deyilir.
Fərmanlar imzalandığı gündən qüvvəyə minir.