image-reklam-veteninfo
image-1backend

Putin qohum-əqrabasını başına yığıb – Azı 24 qohumu yüksək vəzifədədir…

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin ən azı 24 yaxın qohumunu ölkənin hakimiyyət və dövlət idarəçiliyi sistemində mühüm vəzifələrə yerləşdirib.

Vətəninfo.az  xəbər verir ki, bu barədə araşdırmaçı jurnalistlərin hazırladığı “Proekt” nəşri məlumat yayıb. Araşdırma müəlliflərinin fikrincə, bu göstərici son 100 ildə Rusiya rəhbərləri arasında rekord sayılır.

Araşdırmada vurğulanır ki, ən yüksək dövlət postlarına Putinin əmisi oğlu Yevgeni Putinin ailə qoluna mənsub şəxslər yiyələniblər. Onlardan Anna Tsivilyeva, Sergey Tsivilyev və Mixail Putin hazırda hökumət və “Qazprom” kimi strateji qurumlarda rəhbər vəzifələr tutur.

Prezidentin ata xəttindən olan əmisi qızının ailəsinə məxsus digər qol isə “RusHydro” dövlət şirkətinə nəzarət edir – bu quruma Putinin bacısı oğlu Viktor Xmarin rəhbərlik edir.

“Proekt” qeyd edir ki, dövlət strukturlarından gəlir əldə edənlər arasında Putinin ailə üzvləri və yaxın münasibətdə olduğu qadınlar da var. Jurnalistlər bildirirlər ki, Lyudmila Oçeretnaya (Putinin keçmiş həyat yoldaşı), Alina Kabayeva, Svetlana Krivonogix, Alisa Xarçeva, eləcə də prezidentin qızları Mariya Vorontsova və Katerina Tixonova dövlət sektorundan birbaşa və ya dolayı yolla maddi qazanc əldə edirlər.

Araşdırma müəllifləri vurğulayırlar ki, Putinlə müqayisədə onun sələflərinin dövründə qohumların hakimiyyət strukturlarında bu qədər geniş təmsilçiliyi müşahidə olunmayıb. Məsələn, Boris Yeltsin dövründə dövlət strukturları ilə əlaqələndirilə bilən qohumların sayı beş nəfəri keçmirdi, baxmayaraq ki, o da “qohumbaz” kimi tanınırdı.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki