Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatların dayandırılmasının şərtini açıqlayıb.Vətəninfo.az xəbər verir ki, “Moskovski Komsomolets” qəzetinin məlumatına görə, Putin bildirib ki, Ukrayna qüvvələri tutduqları mövqelərdən geri çəkildikdə, Rusiya hərbi əməliyyatları dayandıracaq.
Rusiya lideri, əgər Ukrayna silahlı qüvvələri işğal etdikləri ərazilərdən geri çəkilməsələr, Rusiya bu məqsədə silah gücü ilə nail olacağını vurğulayıb.
Putin, həmçinin ölkəsi üçün müsbət dinamikanın bütün sahələrdə davam etdiyini və Rusiya silahlı qüvvələrinin cəbhədə irəliləyişlərini sürətləndirdiklərini qeyd edib. Prezidentin sözlərinə görə, Ukrayna ordusu oktyabr ayında cəbhədə təxminən 47,5 min itki verib.
Bu açıqlama, Rusiya və Ukrayna arasında gərginliyin davam etdiyi bir vaxtda verilib və hər iki ölkənin hərbi vəziyyəti ilə bağlı beynəlxalq diqqəti yenidən artırıb.


























