Vətəninfo.az Axios-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Donald Trampla söhbətində iki ay ərzində Ukraynada “Rusiyanın mövqeləri olan” bölgələrin inzibati sərhədlərinə qədər yeni əraziləri ələ keçirmək niyyətində olduğunu açıqlayıb.
Nəşrin məlumatına görə, Tramp Fransa prezidenti Emmanuel Makronla söhbətinin təfərrüatlarını bölüşüb və əlavə edib: “O, hər şeyə qalib gəlmək istəyir”.
Məhz bu söhbətdən sonra Amerika prezidenti Putini fəal şəkildə tənqid etməyə başladı və Ukraynaya yeni silahlar vermək qərarına gəldi.