Rusiya prezidenti Vladimir Putin, Rusiya tərəfinin Ukraynaya Donbasdan hərbi qüvvələrini çıxarmağı təklif etdiyini açıqlayıb.Vətəninfo.az xəbər verir ki, Putin bu barədə TASS agentliyinə verdiyi açıqlamada bildirib.
“Biz dərhal Ukraynaya, Ukrayna qoşunlarına dedik: İnsanlar sizinlə yaşamaq istəmir, onlar referendum keçirib müstəqillik üçün səs veriblər – öz qoşunlarınızı çıxarın və heç bir hərbi əməliyyat olmayacaq. Yox, onlar müharibə aparmağı üstün tutdular. İndi isə müharibəni sona çatdırdılar,” – Rusiya lideri vurğulayıb.
Putin əlavə edib ki, Rusiya hər halda Donbas və Novorosiyanı “azad edəcək”. O, bu prosesin hərbi və ya “başqa bir” yolla baş verə biləcəyini qeyd edib.
Eyni zamanda, Putin ABŞ-la aparılan danışıqlara da toxunub və bildirib ki, amerikalı tərəf sülh planının müddəalarını dörd paketə bölərək hər birini ayrı-ayrılıqda müzakirə etməyi təklif edib.


























