Hərbi analitik və “Vatfor” layihəsinin həmtəsisçisi Sergey Poletayev hesab edir ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında birbaşa danışıqlar, Ukraynanın hazırkı siyasi sisteminin sonu ilə nəticələnə bilər.
Vətəninfo.az xəbər verir ki, Poletayev “Lenta.ru”ya verdiyi açıqlamada bildirib ki, Zelenski ilə Putin arasında birbaşa danışıqlar Ukraynadakı mövcud siyasi rejimin sonunu gətirəcək.
Ekspertin sözlərinə görə, hazırkı şəraitdə münaqişənin diplomatik yolla həlli qeyri-mümkün görünür, çünki Moskvanın əsas tələbləri Ukrayna dövlətçiliyinin təməl prinsiplərinə təsir edir. Poletayev, Rusiyanın Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi, rusdilli əhaliyə və kanonik Ukrayna Pravoslav Kilsəsinə təzyiqlərin dayandırılması kimi şərtlərin mövcud siyasi rejim üçün vacib olduğunu vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu tələblərin qəbul edilməsi, Ukrayna dövlətçiliyi konsepsiyasının son illərdəki əsaslı dəyişikliklərini nəzərdə tutur.
Bundan əvvəl, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da danışıqlara hazır olduqlarını təsdiqləyərək, Rusiyanın həyati maraqları və təhlükəsizliyi üçün etibarlı təminatlara ehtiyac duyduğunu bildirib. Lavrov, münaqişənin siyasi həlli üçün bu şərtin vacib olduğunu vurğulayıb.