Vaşinqtondakı görüşdən sonra həm Donald Tramp, həm də Volodimir Zelenski bazar ertəsi görüşün yekunda Vladimir Putinlə üçtərəfli danışıqlara gətirib çıxaracağına ümid ediblər, “Reuters “xəbər verir.
Tramp Rusiya liderinə zəng edərək Putin və Zelenski arasında görüş, ardınca isə üç prezidentin iştirakı ilə üçtərəfli sammit təşkil etməyə başladığını bildirib. “Reuters” agentliyinin Avropa nümayəndəliyindəki mənbəsi bildirib ki, Tramp Avropa liderlərinə Putinin belə bir ardıcıllıq təklif etdiyini deyib.
Kreml Zelenski ilə görüşə razılaşdığını açıq şəkildə açıqlamasa da, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi “Reuters” agentliyinə Putin və Zelenski arasında görüşün Macarıstanda keçirilə biləcəyini deyib.
Almaniya kansleri Fridrix Merzin sözlərinə görə, görüş yaxın iki həftə ərzində baş tuta bilər.