image-reklam-veteninfo
image-1backend

Putin yenə dünyaya meydan oxudu: Bizim yeni silahlarımız var

image-reklam-veteninfo

Rusiya prezidenti Vladimir Putin ABŞ-la münasibətlərin pisləşdiyi bir vaxtda ölkəsinin hərbi potensialını nümayiş etdirməyə davam edir. ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı razılaşmaya ümidlərini itirməsindən sonra Moskva yenidən nüvə texnologiyalarını gündəmə gətirib.

Vətəninfo.az “Zerkalo Nedeli” nəşrinə istinadən xəbər verir ki, Rusiya yaxın günlərdə nüvə mühərriki ilə təchiz edilmiş “Burevestnik” raketini sınaqdan keçirdikdən sonra bu dəfə “Poseydon” adlı sualtı pilotsuz aparatın uğurlu sınağını elan edib.

Mənbəyə görə, “Poseydon” sualtı nüvə dronu daşıyıcı sualtı qayıqdan buraxılıb və onun enerji sistemi nüvə qurğusu ilə işləyir. Xarici ekspertlər bu silahın real imkanları barədə fikir ayrılığı içindədirlər, lakin Kreml onun mövcudluğunu rəsmi şəkildə təsdiqləyir.

Vladimir Putin iddia edib ki, “Poseydon” kimi silah dünyada yoxdur və yaxın gələcəkdə də olmayacaq:

“Bu aparatın həm sürətinə, həm də hərəkət dərinliyinə görə dünyada bənzəri yoxdur. Onu məhv edə biləcək heç bir vasitə mövcud deyil,” – deyə Putin bəyan edib.

Qeyd edək ki, Rusiya son aylarda nüvə texnologiyalarını ön plana çıxararaq Qərbə qarşı hərbi güc nümayişini artırıb. Analitiklər bu addımları Moskvanın Qərbə siyasi təzyiq vasitəsi kimi dəyərləndirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki