image-reklam-veteninfo
image-1backend

Putindən miqrantlarla bağlı sərt qərar: Miqrantları nə gözləyir?

image-reklam-veteninfo

Rusiya prezidenti Vladimir Putin 2026–2030-cu illəri əhatə edən Dövlət Miqrasiya Siyasəti Konsepsiyasını təsdiqləyib. Sənədə əsasən, ölkədə miqrasiya proseslərinin tənzimlənməsi, sosial sabitliyin qorunması və qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində yeni tədbirlər nəzərdə tutulur.

Vətəninfo.az xəbər verir ki, Putin  hökumətə konsepsiyanın icrası üzrə tədbirlər planını 2025-ci ilin sonunadək təsdiqləməyi tapşırıb.

Yeni konsepsiyaya əsasən, Rusiya hökuməti ənənəvi dəyərlərə sahib olan əcnəbilərin ölkəyə köçməsini təşviq edəcək. Eyni zamanda, işləməyən və təhsil almayan miqrant ailə üzvləri üçün müəyyən məhdudiyyətlər tətbiq olunacaq. İşəgötürənlər isə Rusiyada çalışan əmək miqrantlarına hüquqi dəstəyin təmin olunmasına cavabdeh olacaqlar.

Siyasətin əsas məqsədlərindən biri qeyri-qanuni miqrantların və onlarla bağlı cinayətlərin sayının azaldılmasıdır.

Qeyd edək ki, hələ 2025-ci ilin yanvarında miqrantların yaşayış qaydalarını və sənədləşmə prosesini sərtləşdirən fərman imzalanmışdı. Yeni qaydalara əsasən, 30 iyun 2025-ci ildən etibarən Rusiya Federasiyasına daxil olmaq istəyən əcnəbilər üçün Vahid Eyniləşdirmə Sistemi tətbiq edilir.

Bu sistem çərçivəsində əcnəbilər ölkəyə gəlməzdən əvvəl “ruID” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçməli və ən geci 72 saat əvvəl giriş ərizəsini təqdim etməlidirlər. Fövqəladə hallarda bu müddət 4 saatdan gec olmayaraq həyata keçirilə bilər.

Ekspertlər hesab edirlər ki, yeni miqrasiya siyasəti xüsusilə Qafqaz və Mərkəzi Asiya ölkələrindən gələn miqrantlara, o cümlədən Ermənistandan Rusiyaya köçən və orada çalışan şəxslərə də təsir göstərə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki