BBC xəbər verir ki, Ağ Evdə keçirdiyi brifinq zamanı ABŞ prezidenti Donald Trampdan Vladimir Putinlə görüşünün yalnız Rusiya prezidentinin Ukrayna prezidenti Vladimir Zelenski ilə ilk dəfə görüşəcəyi təqdirdə baş tutacağına dair şərt qoyub-qomadığı soruşulub.
“Xeyr” deyə ABŞ prezidenti cavab verib.
Bundan əlavə, Tramp qeyd edib ki, Ukrayna müharibəsində atəşkəs Putindən asılıdır.
“Onlar mənimlə görüşmək istərdilər və mən qətllərin dayandırılması üçün hər şeyi edəcəyəm”, o qeyd edib.