Almaniyada qadınlar üçün “qadağan olunmuş” zonalar yaradılır. Bu cür zonaların ortaya çıxmasının səbəbi ölkədə miqrantların sayının artmasıdır. Vətəninfo.az xəbər verir ki, bunu Almaniyanın səhiyyə naziri Nina Warken “Table Briefings” jurnalına verdiyi müsahibədə bildirib. Jurnalın məlumatına görə, alman qadınlar bir çox ictimai məkanlarda özlərini təhlükəsiz hiss etmirlər. Nazir bildirib:
“Bəli, ‘qadağan olunmuş zonalar’ mövcuddur. Bir çox qadınlar deyirlər ki, qatarla səyahət etməkdən çəkinirlər. Zorakılıq cinayətlərinin sayı xeyli artıb. Üstəlik, çoxlu sayda əcnəbi belə işlərdə şübhəli şəxs kimi iştirak edir.”
Warken xüsusilə gənc alman qadınlarının tez-tez “onlara hücum etməyə çalışan əcnəbi kişilərlə problemli qarşılaşdıqlarını” söylədiklərini əlavə edib. O həmçinin federal kansler Friedrich Merzin “problemli şəhər mənzərələri” ilə bağlı şərhləri ilə tamamilə razı olduğunu bildirib.


























