image-reklam-veteninfo
image-1backend

Qara dənizdə azərbaycanlıların olduğu ticarət gəmisi batdı, ölən var 

image-reklam-veteninfo

Qara dənizdə Rumıniya sahillərində ticarət gəmisi batıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Realitatea Plus” məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Ruminiya Hərbi Dəniz Donanması yardım çağırışı alıb.

Gəminin göyərtəsində 10-u ukraynalı, 3-ü Azərbaycan vətəndaşı olmaqla, 13 nəfər olub.

Bir nəfərin öldüyü bildirilib.

Axtarış-xilasetmə işləri davam edir.

Gəminin hansı səbəbdən batması barədə məlumat verilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki