image-sersengbackend

Qarabağın ən böyük su anbarı məhv olur

image-reklam_sirab_01

Qarabağ bölgəsində yerləşən Sərsəng su anbarında suyun səviyyəsi hər gün 50 santimetr azalır.

Bunu Qarabağdakı separatçıların “su komitəsinin sədri” Ararat Xaçatryan deyib.

“Sərsəng su anbarında keçən ilin müvafiq dövrü ilə müqayisədə suyun səviyyəsi 8 metrdən çox aşağı düşüb. Bu gün anbarda su axını saniyədə 4 kubmetr təşkil edir ki, bu da çox aşağı göstəricidir. Normal şəraitdə su axını 50 kubmetrə qədər çatır. Su anbarının səviyyəsi yüksək olarsa, elektrik enerjisi istehsal etmək üçün daha az su istifadə olunur. Bu dəyər azaldıqca təzyiq azalır və eyni miqdarda elektrik enerjisi istehsal etmək üçün daha çox su tələb olunur”, – o bildirib.

Xaçatryan qeyd edib ki, 44 günlük müharibədən sonra separatçıların əlində çox cüzi miqdarda elektrik enerjisi verən, öz gücünün 20 faizi ilə işləyən 5 kiçik su elektrik stansiyası qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki