image-reklam-veteninfo
image-1backend

Qardaş Türkiyənin daha bir  təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub

image-reklam-veteninfo
Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb.

Çanaqqaladan Zaqrebə texniki xidmət üçün iki təyyarə uçurdu. Biri təhlükəsiz yerə eniş etdi, lakin digəri ilə əlaqə kəsildi. Axtarış işlərinə türk və xorvat xilasediciləri cəlb edilib. Təyyarənin qalıqları tapılıb, pilot həlak olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı məlumat paylaşıb.

“Xorvatiyada rabitə əlaqəsi kəsilən Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Senj şəhəri yaxınlığında aşkar edilib. Bu faciəvi qəzada həlak olan pilota Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Meşəçilik təşkilatımıza və böyük xalqımıza başsağlığı verirəm”, – nazir qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki