Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycanda yardım kampaniyası başladıldı. Azərbaycan vətəndaşlarının qardaş Türkiyəyə yardımı davam edir. Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkənlər üçün səfərbər olublar.
Artıq ölkəmizin hər tərəfində qardaş Türkiyəyə yardım kampaniyaları davam edir. Azərbaycanda insanların başlatdığı kampaniyaya dəstək verən ölkə vətəndaşları geyim, ərzaq və ləvazimatları kampaniyanın təşkil edildiyi ərazilərə gətirlər. Bu kampaniyaya Qaradağda məskunlaşan məcburi köçkünlər də qoşulub. Yüzlərlə insan müxtəlif ləvazimatları Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki Mənzil İstismar Sahəsinin binasına toplayırlar. Toplanan ləvazimatlar Türkiyə səfirliyi vasitəsilə qardaş ölkədə zəlzələdə zərərçəkənlərə göndəriləcək.