Fransa prezidenti Emanuel Makron Qəzza zolağında atəşkəs razılaşmasına baxmayaraq, HƏMAS-ın davam edən təhlükəsi barədə xəbərdarlıq edib. Makron Misirdə sazişin imzalanması mərasimindən sonra deyib: “Biz qarşıdakı həftələrdə və aylarda terror hücumları və sabitliyin pozulmasını görəcəyik.
Jurnalistin Qəzza zolağında HƏMAS-ın hakimiyyət boşluğunu doldurmasından narahat olub-olmaması ilə bağlı sualına Makron belə cavab verib: “Mən narahatam, çünki biz terror qruplarının necə fəaliyyət göstərdiyini bilirik. Minlərlə döyüşçü, tunel və bu cür silahlarla bir terror qruplaşmasının bir gecədə məhv edilməsi mümkün deyil. Vəziyyətin ciddi beynəlxalq monitorinqinə ehtiyac var”.