image-arzuman-muradl__backend

“Qərbi azərbaycanlılar yaxın zamanda öz  dədə-baba torpaqlarına qayıdacaq” -Arzuman Muradlı

image-reklam_sirab_01
“Azərbaycan haqq savaşında- 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qələbə qazandı, 30 illik işğala son qoyuldu. Artıq regionda yeni reallıqlar yaranıb. Ermənistan, xüsusən də fövqəldövlətlər bu reallıqlarla barışmaq məcburiyyətindədirlər.” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq bildirib ki, möhtəşəm qələbədən bir neça ay sonra-2021-ci il 7 iyul tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzaladı.
“Bu fərmanla Azərbaycanda iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdı. Yeni yaradılan iqtisadi rayonların sırasında Kəlbəcər, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonu da var. Bu fərman nəticəsində Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Zəngəzur adının siyasi və coğrafi anlamda bərpası deməkdir. Onu da qeyd etməliyik ki, fərmanın imzalandığı tarix keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yarandığı günə təsadüf edir. Bu da uzaqgörən siyasətçi, Prezident İlham Əliyev tərəfindən Ermənistan və onun havadarlarına bir mesaj olaraq dəyərləndirilir. Qarabağ və Şərqi Zəngəzur düşmən tapdağından azad edildikdən sonra bu ərazilərdə geniş bərpa-quruculuq işlərinə start verildi. Vətən müharibəsi bitdikdən bir neçə gün sonra Prezident, Ali Baş Komandan İlham Əliyev ilk dəfə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun Xudafərin kəndinə və Cəbrayıl şəhərinə səfər etdi, Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilərə səfər etdikdə burada gedən bərpa- quruculuq işləri ilə tanış olur, yeni layihələrin təməlini qoyur. Xüsusi nümayəndəlik institutu Qarabağ və Şərqi Zəngəzurda gedən mühüm işlərə təkan verir. Xüsusi nümayəndəlik yeni idarəetmə modeli kimi ilk dəfə mədəniyyətimizin paytaxtı Şuşa şəhərində tətbiq edildi. Şərqi Zəngəzurda isə ilk dəfə 2022-ci ilin 4 may tarixində Zəngilan rayonunda tətbiq edilib. Nümayəndəlik institutu Zəngilan rayonunda özünü doğrultduğu üçün Şərqi Zəngəzur iqtisadi rayonunun digər rayonlarına-Cəbrayıl və Qubadlı rayonlarına da tətbiq edildi. Xüsusi nümayəndəliyin fəaliyyət istiqamətləri, vəzifə və hüquqları Prezident İlham Əliyevin 2021-ci il 4 fevral tarixli fərmanı ilə müəyyən edilib. Hazırda Xüsusi nümayəndəlik institutunun Azərbaycanın digər rayon və şəhərlərinə də tətbiq edilməsi gözlənilir.” -deyə Arzuman Muradlı bildirib.

Politoloq əlavə edib ki, Azərbaycan regionda yeni reallıqlar yaradıb və bu reallıqlardan biri də Zəngəzur dəhlizi reallığıdır.

“Dəhliz Vətən müharibəsi bitdikdən sonra Azərbaycan tərəfindən haqlı olaraq gündəmə gətirildi. Bildiyimiz kimi, müharibəyə son qoyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi yazılır. Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşdiyi üçün bu iki qitəni birləşdirən beynəlxalq dəhlizlərin bir çoxu ərazisindən keçir. Hər iki qitənin aparıcı dövlətlərinin etibarını qazanan, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi bir neçə qlobal layihənin müəllifi olan Azərbaycan bu dəfə də dünyanın yeni nəqliyyat xəritəsini formalaşdıracaq bir layihə ilə çıxış edir.” -Arzuman Muradlı bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki