ABŞ Mərkəzi Komandanlığı, Qəzza zolağının iki hissəyə bölünməsi planı hazırlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb. Plana görə, “yaşıl” və “qırmızı” zonaların yaradılması nəzərdə tutulur. Sektorun şərq hissəsini əhatə edəcək “yaşıl” zona İsrail və beynəlxalq qüvvələrin nəzarətində olacaq və burada genişmiqyaslı yenidənqurma proqramları həyata keçiriləcək. “Qırmızı” zona isə fələstinli qrupların nəzarətində qalacaq və bölgə “xarabalıqlar altında” qalmağa davam edəcək.
ABŞ tərəfi, bu planın Qəzza zolağının sakinlərini “yaşıl zona”ya köçürməyə təşviq edəcəyini düşünür. Qeyd edək ki, oktyabrın 10-dan etibarən Qəzza zolağında atəşkəs elan edilib. ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə girovlar azad olunub və ölümlə nəticələnən hadisələrdə həlak olanların cəsədləri geri qaytarılıb.


























