image-ilbackend

Qoşulmama Hərəkatının hal hazırda sədri İlham Əliyev

image-reklam_sirab_01

Tarixə nəzər salsaq görərik ki, daima dövlətlər və xalqlar arasında münaqişələr, toqquşmalar baş vermiş, insanların hüquqları əzilmişdir. Baş verən müharibələr, qarşıdurmalar insanlara, xalqa və ölkəyə həm maddi, həm də mənəvi cəhətdən ziyan vurmuşudur.

Xalqların, insanların, dövlətlərin arasında baş verən gərginlikləri aradan qaldırmaq, sülh yaratmaq və sülh içində yaşamaq hər kəsin arzusunda olduğu bir həyatdır. Hər birimiz həm özümüz, həm də gələcək nəsillər üçün gözəl, sülh dolu, insanların bir‐birinə dostca münasibətlər bəslədiyi bir dünya istəyirik. Bu arzu sadəcə bizə, bu dövrə aid bir mövzu deyil, insanlar tarix boyu sülh istəmiş, bunun üçün çalışmışlar.

Nəhayət, bu məsələ ilə bağlı yeniliklər olur və 1955-ci ildə Bandonq konfransında fikirlər irəli sürülür və 1961-ci ildə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan edilir. Bitərəf Dövlətlər Hərəkatının yaradılması bütün dünya üçün yeni bir səhvə açılması demək idi. Qısa zamanda bu hərəkata qoşulan dövlətlərin sayı artır. 120 dövlət üzv olur. Digər 17 ölkə və

10 beynəlxalq təşkilat müşahidəçi statusu daşıyır. Bu hərəkatın üzvü olan dövlətlər özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş dövlətlərdir. Əgər dövlətlər və xalqlar münaqişə, qarşıdurmalar yaşayan dövlətlərlə bağlı bitərəf olsalar onda müharibələr olmayan, sülh dolu bir dünyada yaşayarıq. Elə Qoşulmama Hərəkatının məqsəd və pirinsipinin əsasını da insan hüquqlarını qorumaq və azadlıqlarına hörmət etmək, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, bütün irqlərin və xalqların bərabərliyini tanımaq, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək, ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək və s. dir.

Azərbaycan da daima sülhün tərəfdarı, tolerantlı bir dövlət olmuş və dünyanı da sülhə dəvət etmişdir. Elə bu səbəblə də Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olan dövlətlərin arasında olması ən doğru seçimdir. Beləki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına qoşulmaq qərarına gəlir. Azərbaycan daima dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin qorunmasının, insanlara, dinlərə, irqlərə, xalqlara qarşı tolerantlı olmuş olsa da, daima haqsızlığa məruz qalmış,

 

xalqımız olmazın əzabların çəkmişdir. Bütün dünya buna şahid olsa da bu məsələ uzun illər öz hüquqi həllini tapmamışdır.

Hamımıza məlumdur ki, Azərbaycan torpaqları uzun illər erməni əsarəti altında qalmış, xalqımız öz doğma yurdundan didərgin düşmüşdür. Öz evindən, yurdundan ayrı düşmək az deyilmiş kimi insanlar amansızcasına qətlə yetirilmiş, əsir götürülmüş və işgəncələrə məruz qalmışdırlar. Neçə-neçə körpələr, qocalar, qadınlar öldürülmüşdür. Bu gün hər kəs Xocalı faciəsinin necə ağır bir hadisə olduğunu bilsə də hələ də bunu xalqımıza yaşadanlar öz layiq olduqları cəzanı ala bilməyiblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kompaniyası başlamışdır. Kompaniyanın əsas məqsədi Xocalı gerçəklərini dünyaya çatdırmaqdır.

İlham Əliyev daima sülh, ədalət tərəfdarı olmuş və bu səbəblə də hər kəsə nümunə olmuşdur.

Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu ildə Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir.

Azərbaycan İlham Əliyevin uğurlu rəhbərliyi və idarəçiliyi ilə hər kəsə nümunə olmuş, Hərəkatın tədbirlərində fəal iştirak etmişdir. Həmçinin Covid19 la mübarizədə Azərbaycan digər dövlətlərə nümunə olmuşdur. 4 may 2020-ci il tarixində İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv olan ölkələrin Covid19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “Covid19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formasında video-konfransı keçirilmişdir. Həm Covid19-la mübarizə zamanı, həm də Covid19-a qarşı hazırlanan peyvəndlərin digər dövlətlərə bağışlamaqla öz səmimiyyətini, dostluğunu bütün dünyaya sübut etmiş oldu. Azərbaycan həmçinin “peyvənd millətçiliyi” nə də öz etirazını açıq şəkildə bildirmişdir.

İlham Əliyev daima öz mövqeyini bildirmiş, öz haqqlarımızı müdafiə etməkdə heç kimdən və heç nədən çəkinməmişdir.

Yenidən Qarabağ məsələsinə qayıtmaq istəyirəm. Bizə məlumdur ki, BMT Təhlükəsizlik şurası tərəfindən 1993-cü ildə 4 qətnamə qəbul edilmişdir. Həmin qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edilirdi. Ancaq, Ermənistan tərəfi daima qətnamələrdə göstərilən göstərişlərdən boyun

 

qaçırmışdır. Öncə Heydər Əliyev, sonra İlham Əliyev bu məsələnin sülh yolu ilə həll edilməsi üçün səbr etmiş, qarşı tərəfi sülh danışıqlarına çağırmışlar. Amma, qarşı tərəf uzun illər öz xislətindən əl çəkməmiş, məsələnin həll yolunu gecikdirmişdirlər.

Hər bir səbr edən tərəfin səbrinin daşdığı an vardır. O andan sonra heç nə əvvəlki kimi olmur. Azərbaycanın, xalqımızın səbri də 27 sentyabr 2020-ci ildə daşdı. Ermənistan tərəfi yenə də öz xislətindən əl çəkmədi. Cəbhə boyu ərazilərimizi atəşə tutdu. İlham Əliyevin göstərişi ilə adekvat cavab verildi. Bu günü uzun illərdir gözləyən igidlərimiz ön cəbhədə, İlham Əliyevə və qəhrəmanlarımıza güvənən xalqımız isə arxa cəbhədə öz igidliyini, qorxmazlığını, Qarabağ sevgisini bütün dünyaya sübut etmişdir. Müharibə zamanı qarşı tərəf yenə də öz mövqeyini göstərmiş, günahsız insanları hədəf almış, onların ölümünə səbəb olmuşdur. Amma, Azərbaycan günahsız canların intiqamını döyüş meydanında almışdır. Azərbaycan daima haqqın tərəfində olmuş, müharibəni də döyüş ədəbiylə aparmışdır. Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycanın dininə, tarixi abidələrinə necə vəhşicəsinə davrandığı, təbii ehtiyyatlarını necə qeyri-qanuni istifadə etdiyi dünyaya sübut olunmuşdur. Bunlara baxmayaraq qarşı tərəf hələ də bu vandalizmə layiqli cəzanı ala bilməyib.

Azərbaycan daima haqqın tərəfində olsa da, ədalətli olan tərəf olsa da özü çox haqqsızlığa, ədalətsizliyə məruz qalıb. Amma, zaman keçdikcə tarix öz hökmünü vermiş, haqqlı olan tərəf öz haqqını bütün dünyaya sübut etmişdir.

Biz bugün qarşıdan gələn Qələbə gününə hazırlaşırıqsa biz buna görə İlham Əliyevə təşəkkür etməli, Şəhidlərimizə rəhmət diləməli, qazilərimizə və bu yolda qəhrəmanlıq göstərən hər kəsin qarşısında baş əyməliyik.

Təqvimimizə qürur dolu bir Qələbə günü yazdığınız üçün sonsuz təşəkkürlər…

Bakı Slavyan Universiteti

Məmmədova Elnarə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki