Qum fırtınası Arizona ştatının Feniks hava limanını iflic edib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar bütün reyslər təxirə salınmalı olub, aeroport binasında elektrik enerjisi kəsilib, dam örtüyünün bir hissəsi zədələnib.
Feniks sıx toz buluduna bürünüb – görünüş demək olar ki, sıfıra enib, küçələr toz pərdəsi arxasında tamamilə yox olub.