image-reklam-veteninfo
image-1backend

Rəcəb Tayyib Ərdoğan:”Türkiyənin müdafiə və aviasiya ixracı 30 faiz artıb”

image-reklam-veteninfo

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, son 11 ay ərzində Türkiyənin müdafiə və aviasiya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 7,445 milyard dollara çatıb

Ərdoğan bu fikirləri dekabrın 20-də hərbi dəniz platformalarının istismara verilməsi münasibətilə təşkil edilən mərasimində çıxışı zamanı səsləndirib. Prezident deyib:

“Hazırda müdafiə ixracında dünya üzrə 11-ci ən böyük ölkəyik. Son 11 ayda müdafiə və aerokosmik ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 7,445 milyard dollara yüksəlib’’.

Prezident vurğulayıb ki, Türkiyənin müdafiə sənayesi sahəsində həyata keçirdiyi layihələr təkcə məhsul istehsalı ilə məhdudlaşmır, eyni zamanda texnologiya istehsal potensialının və sənaye ekosisteminin genişləndirilməsinə xidmət edir.

“Türkiyə olaraq müdafiə sənayesi sahəsində reallaşdırdığımız hər bir layihə ilə yalnız məhsul inkişaf etdirmirik, həm də texnologiya istehsal imkanlarımızı artırmağı hədəfləyirik’’,-deyə Türkiyə Prezidenti vurğulayıb.

R.T.Ərdoğan həmçinin Türkiyənin öz hərbi gəmilərini dizayn və istehsal edən dünyanın 10 ölkəsindən biri olduğunu bildirib. O, qeyd edib ki, Türkiyədə təyyarədaşıyan gəminin tikinti proseslərinə də artıq başlanılıb.

Prezident müdafiə sənayesinə qoyulan investisiyaların müharibəyə hazırlıq məqsədi daşımadığını vurğulayaraq deyib:“Məqsədimiz müharibəyə hazırlaşmaq deyil, sülhü qorumaqdır’’.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki