Vətəninfo.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio, dünən Fox News-a müsahibəsində, İranın 12 günlük müharibə zamanı Çin, Rusiya və digər dövlətlərdən kömək istədiyini, lakin bu ölkələrin birbaşa dəstək verməkdən imtina etdiklərini bildirib.
Rubio, xüsusilə ABŞ-nin B-2 bombardmançı qırıcılarının əməliyyatları zamanı dünyanın müxtəlif nöqtələrində hərəkət etdiyini və İranın bu əməliyyatları müşahidə etdikdən sonra, bəzi ölkələrdən kömək istədiyini qeyd edib.
Rubio, əlavə edib ki, Çin, Rusiya və Şimali Koreya da daxil olmaqla, dünya ölkələri İranı dəstəkləməkdə daha ehtiyatlı davranmağa başladılar: “Düşünürəm ki, Çin, Rusiya və Şimali Koreya da daxil olmaqla hamı İranı dəstəkləməkdə, xüsusən də ABŞ-ın B-2 bombardmançı qırıcıları dünyanın yarısını dövrə vurduqdan, əməliyyatlar apardıqdan və heç kəsin xəbəri olmadan İranı tərk etdikdən sonra daha ehtiyatlı olub”.