“Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığım olub.”- Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədə yazıb.
“Ukraynaya, xalqımıza, ərazi bütövlüyümüzə verdiyi dəstəyə görə ona təşəkkür etdim. Həmçinin Rusiyanın Azərbaycan vətəndaşlarını ələ saldığı və Azərbaycanı hədələdiyi bir şəraitdə Ukraynanı açıq şəkildə dəstəklədiyimi bildirdim”.
Səfərov qardaşlarının Rusiya ərazisində qətlə yetirilməsi ilə bağlı Azərbaycana başsağlığı verdim. Əminəm ki, bütün faktlar aydınlaşacaq. Ədalət lazımdır.
Əliyevlə eyni baxışı bölüşürük: hər bir insanın həyatı və ləyaqəti qorunmalıdır.
“Biz ikitərəfli münasibətlərimizi, enerji və humanitar sahədə əməkdaşlığı müzakirə etdik. İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın iclasını keçirməyə razılaşdıq”, – Zelenski yazıb.