Vətəninfo.az xəbər verir ki,Britaniyanın “Guardian” qəzeti yazır ki, Rusiya İrandan qaçaqmalçılıq şəbəkəsi vasitəsilə silah və sursat, eləcə də hərbi texnika alır. Silahlar Moskvaya İraqdan çatır. Qəzetə bu barədə iranpərəst qrupların bəzi nümayəndələri və onun İraqda fəaliyyət göstərən xarici kəşfiyyat xidmətlərindəki mənbələr bildiriblər. Xüsusən də bu yolla Rusiya tərəfi Braziliyanın hazırladığı və İraqdan Rusiyaya göndərilən RPG və tank əleyhinə raketləri, həmçinin zərbə raket sistemlərini ala bilib. Bundan əlavə, ruslar Rusiyanın S-300-lərinə bənzəyən İranın Bavar 373 raket komplekslərini alıblar.
Bu sistemləri ruslara güclü şiə müsəlman qrupu “Əl Haşd əl-Şaab” təhvil verib. Əvvəlcə İrana, oradan isə dəniz yolu ilə Rusiyaya çatdırılıb. Qrup Rusiyaya kömək edir, “çünki onlar üçün vacib olan silahın amerikalılara atəş açmasıdır ki, bu da onları xoşbəxt edir”.-qəzet yazır.


























