image-reklam-veteninfo
image-imagesbackend

Rusiya İranın dağılmasından qorxur: investisiyalar və enerji layihələri təhlükə altındadır

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Britaniyanın “The Times” nəşri yazır ki, Rusiya İranın nüvə proqramı ilə bağlı saziş bağlamaqda israrlıdır, çünki o, Moskvanın iqtisadi maraqlarını təhdid edə biləcək yeni hücuma görə İranın dağılmasından ehtiyat edir.

Qeyd olunur ki, Rusiya İranın ən böyük xarici sərmayədarıdır və onun mütəxəssisləri İranın cənubunda Buşehr AES-in tikintisində fəal iştirak edirlər. İranın nüvə alimləri də Rusiyada təhsil alıblar. Bundan əlavə, Rusiyadan Azərbaycan ərazisindən keçməklə İrana qaz kəmərinin çəkilməsi, eləcə də üçüncü ölkələrə tədarükün ixracı üçün qaz qovşağının yaradılması üzrə Moskva layihəsinin həyata keçirilməsi planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki