“Qərbin qanında təkcə xəyanətkarlıq yox, həm də xəstə və çoxdan köhnəlmiş üstünlük hissi var. Rusiya buna uyğun davranmalı və tam şəkildə cavab verməlidir, lazım gələrsə, önləyici zərbələr də endirməlidir”.
Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev “TASS”-a verdiyi açıqlamada deyib.
Eyni zamanda Medvedev Rusiyanın Avropaya hücum edə biləcəyi ilə bağlı fikirləri “tamamilə cəfəngiyyat” adlandıraraq, bu məlumatların məqsədli şəkildə informasiya məkanına ötürüldüyünü iddia edib.