image-reklam-veteninfo
image-6215d394d19556215d394d195616455975886215d394d19506215d394d1953backend

Rusiya milyarderləri bu il 32 mlrd. dollar itirib

image-reklam-veteninfo

Bu il Rusiyanın 23 ən zəngin iş adamının sərvəti Ukraynada münaqişənin kəskinləşməsi fonunda 32 mlrd. ABŞ dolları azalıb.

Veteninfo.az-ın “Bloomberg Billionaires Index”inə (BBI) istinadən verdiyi məlumata görə, sərvəti ən çox azalmış iş adamlarının siyahısına “Sibur”(neft-kimya şirkəti) və “Novatek” (qaz şirkəti) şirkətlərinin Direktorlar Şurasının üzvü Gennadi Timçenko başçılıq edir. Onun sərvəti ilin əvvəlindən 6,47 mlrd. dollar azalaraq 16 mlrd. dollara enib.

BBI-ya görə, “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson 6,23 mlrd. dollar, “Lukoil”un rəhbəri Azərbaycan əsilli Vahid Ələkbərov isə 3,48 mlrd. dollar itirib. Onların sərvətləri müvafiq olaraq 26,2 mlrd. dollara və 19,3 mlrd. dollara enib.

Nəticədə, BBI-ya daxil olan 23 Rusiyalı milyarderin sərvəti ilin əvvəlindəki 375 mlrd. dollardan 343 mlrd. dollara enib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki