image-reklam-veteninfo
image-1backend

Rusiya Müdafiə Nazirliyi: Gecə ərzində 75 Ukrayna dronu məhv edilib

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bildirib ki, ötən gecə hava hücumundan müdafiə sistemləri ümumilikdə 75 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Nazirliyin məlumatına görə, dronların 36-sı Qara dəniz üzərində, 10-u Krım ərazisində, 9-u Bryansk vilayətində, 7-si Voronej vilayətində vurulub. Bundan əlavə, Krasnodar vilayətində 4, Smolensk vilayətində 3 PUA zərərsizləşdirilib.

Hesabata əsasən, Moskva və Belqorod vilayətlərinin hər birində 2 dron, Kaluqa və Ryazan vilayətlərinin hər birində isə 1 pilotsuz uçuş aparatı məhv edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki