image-reklam-veteninfo
image-1backend

Rusiya ordusu Ukraynanın bu şəhərlərini VURDU

image-reklam-veteninfo

Gecə saatlarında Xarkovda silsilə partlayış səsləri eşidilib. Nikolaev də dronların hücumuna məruz qalıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Xarkov meri İqor Terexov bildirib ki, şəhər bir neçə partlayış nəticəsində silkələnib. Fəsadları barədə məlumat dəqiqləşdirilir. O əlavə edib ki, şəhərin üzərində bir neçə silahlı pilotsuz uçuş aparatı aşkarlanıb.

Nikolaevdə də partlayış səsləri eşidilib. Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri şəhərin üzərində pilotsuz təyyarənin uçuşu barədə məlumat vermişdi. Bir neçə yerli telekanal Xarkovda artıq 16 partlayış səsinin eşidildiyini bildirib. Üstəlik, bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.

Xarkov, Sumı, Poltava, Çerniqov, Kiyev, Çerkassı, Kirovoqrad, Dnepropetrovsk, Nikolayev, Odessa, Xerson və Donetsk vilayətlərində aviasiya sirenaları səslənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki